\"Mən \"Beşiktaş\"ın kapitanı olmaqdan qürur duyuram!\"

\"Mən \"Beşiktaş\"ın kapitanı olmaqdan qürur duyuram!\"

Artıq bir neçə qarşılaşmada \"Beşiktaş\"ın kapitanı sarğısı ilə meydana çıxan və UEFA Avropa Liqasında \"Makkabi\" ilə oynanılan qarşılaşmada komandanın lideri kimi əzmkar mücadiləsi ilə \"Beşiktaş\" azarkeşlərinin rəğbətini qazanan Quaresma, kapitanlıq sarğısının məsuliyyətini də yaxşı dərk edir. Siasport.az saytı xəbər verir ki, \"Lig TV\"-yə açıqlama verən portuqaliyalı futbol ulduzu, \"Beşiktaş\"ın kapitanı olmaqdan qürur duyduğunu deyərək, eyni zamanda üzərinə düşən bu məsuliyyəti də ciddi şəkildə başa düşdüyünü dilə gətirib. \"Beşiktaş\" azarkeşlərinin \"Makkabi\" ilə qarşılaşmada mükəmməl ab-hava yaratdıqlarını deyən Quaresma, azarkeşlərə səsələnərək, onları bundan sonrakı qarşılaşmalarda da futbolçuları bu cür dəstəkləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə