Əmrah Çəlikəl: "Qurban Qurbanovun yanındayıq"-AÇIQLAMA

Əmrah Çəlikəl: "Qurban Qurbanovun yanındayıq"-AÇIQLAMA
"Qarabağ" baş məşqçi Qurban Qurbanovla yollarını ayırmaq niyyətində deyil. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi son turlarda uğursuz nəticələrə imza atan və "Xəzər Lənkəran"la oyunda bir qrup azarkeş tərəfindən istefaya səslənən baş məşqçiyə inanır.
Klubun direktoru Əmrah Çəlikəl Qurbanova güvəndiklərini bildirib: "Komandanın qara zolaqdan çıxmağı üçün bütün səlahiyyəti baş məşqçiyə vermişik. Hər zaman dəstək olduğumuz kimi, bu dəfə də Qurban Qurbanovun yanındayıq".//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə