Rauf Əliyevin diz qapağı qopub
"Qarabağ"ın futbolçusu Rauf Əliyev sıradan çıxıb. Siasport.az saytı xəbər verir ki, forvard sonuncu turda "Xəzər-Lənkəran"la oyunda aldığı zədə səbəbindən ən azı 6 həftə meydana çıxa bilməyəcək. Görüşün 43-cü dəqiqəsində rəqib düşərgədən Elnur Allahverdiyevin zərbəsinə düçar olan Raufun diz qapağında qismən qopma meydana gəlib. Bu səbəbdən 22 yaşlı forvard ən azı 1 ay "dincəlməlidir". Raufun noyabrın ortalarında geri dönəcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə