"Çelsi" qış transfer dövründə Fernando Torresi transferə çıxarır!

"Çelsi" qış transfer dövründə Fernando Torresi transferə çıxarır!
Keçən mövsüm 58 milyon avroya "Liverpul"dan transfer olunan Fernando Torres, deyəsən artıq heç "Çelsi"yə də lazım olmayacaq. Siasport.az saytı xəbər verir ki, gəldiyi gündən bəri, el dili ilə desək, "zadəganların" bir işinə də olsun yaramayan, bircə dəfə də qol vurmayan ispaniyalı futbol ulduzu, yalnız dünənki qarşılaşmada "Mançester Yunayted"in qapısına yola tapa bildi ki, qarşılaşmanın 84-ci dəqiqəsində etdiyi bir hərəkət onu tamamilə "Çelsi" azarkeşinin və klub rəhbərliyinin gözündən saldı. Məsələ bnurasındadır ki, "qırmızı şeytanlar"ın qolkiperi ilə üz-üzə qalan ispaniyalı futbol ulduzu, topu 5 metrdən boş qapıya göndərə bilməyərək, bütün "Çelsi" azarkeşlərinin hiddətinə səbəb olub.
Gəldiyi gündən qol vura bilməmək sindromundan hec cürə qurtula bilməyən F.Torresin, qış transfer dövründə transfer bazarına çıxarılması, artıq qaçılmazdır. Klub rəhbərliyi də, həm F.Torresdən, həm də ona ödənilən ətək-ətək məvacib ödənişindən xilas olmaq istəyir. Artıq Roman Abramoviçin də buna razılıq verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə