Ağır atletika üzrə Bakı şəhər açıq çempionatı keçirilib

Ağır atletika üzrə Bakı şəhər açıq çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində ağır atletika üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Neftçi İSM, 8 saylı UGİM, Gənclik TİC, Zirvə İK, MOİK, kimi 5 idman cəmiyyətini təmsil edən 31 idmançı 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparıblar.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilblər.

Bütün xəbərlər Facebook səhifəmizdə