Artıq London təmsilçisindən gedişi heç kimdə şübhə yaratmayan "Arsenal"ın fransız baş məşqçisi Arsen Venger, doğma vətəninə qayıtmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, 20 ilə yaxındır ki, "topçular"ın sükanı arxasında olan A.Venger, sonuncu "Blekbörn" məğlubiyyətindən sonra, vətəni Fransaya qayıtmağa hazırlaşır. "Frans fotbool" nəşri yazır ki, artıq "Arsenal"ı üzüsulu tərk etməyin vaxtının çatdığını anlayan fransız futbol mütəxəsisi, yenidən doğma vətənə qayıtmaq və ailəsi ilə birlikdə istirahət etməyi planlaşdırır. Amma fransız nəşrinin iddiasına görə onsuz da A.Vengeri öz sükanı arxasına keçirmək üçün neçə illərdir ki, mübarizə aparan "PSJ Marsel" futbol klubu, bu fürsəti əldən vermək istəmir. Belə ki, nəşrin yazdığına görə fransız klubunun prezidenti şəxsən özü A.Vengerlə əlaqə saxlayaraq bu məsələni onunla müzakirə edib. Çox güman ki, qış transfer dövründə biz A.Vengeri "Arsenal"dan ayrılaraq Fransaya qayıdacağının şahidi olacayıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB