"Arsenal"ın Premyer Liqada qapazaltı komandaya çevrilməsi, Arsen Vengerin istefasını sürətləndirir!

"Arsenal"ın Premyer Liqada qapazaltı komandaya çevrilməsi, Arsen Vengerin istefasını sürətləndirir!
İngiltərənin "Arsenal" futbol klubunda vəziyyət kritikdir. Siasport.az saytı xəbər verir ki, London klubunun "Blekbörn"lə keçirdiyi qarşılaşmada 3:4 hesabı ilə məğlub olması, "Arsenal" rəhbərliyini hər şeyi kökündən dəyişmək barədə düşünməyə vadar edib. Onsuz da mövsümə çox uğursuz şəkildə başlayan, turun elə ilk mərhələsindəcə əzəli rəqibi olan "Mançetser Yunayted" futbol klubuna 2:8 hesabı ilə rüsvayçı məğlubiyyətə uğrayan, UEFA Çempionlar Liqasında Almaniya təmsilçisi "Bayern Liverkuzen" ilə bərabərə qalan "topçular"ın düşərgəsində, artıq səbr kasası yamanca daşıb. Onsuz da "Mançester Yunayted"ə acınacaqlı məğlubiyyətdən sonra klub rəhbərliyinin sərt islahatlara başlayacağı barədə ingilis mətbuatı yazmağa başlamışdı. Amma dünənki məğlubiyyətdən sonra, artıq hər şey konkretləşib. Belə ki, "Arsenal" rəhbərliyi mövsümün qış fasiləsində hazırkı heyətin ən azı 7-8 futbolçusu ilə yolları ayırmaq, uzun illərdir ki, klubun sükanı arxasında olan fransız futbol mütəxəssisi Arsen Venger ilə yoilları ayırmaq barədə qərar qəbul edib. Maraqlıdır ki, bu barədə məlumatı "Şpigel" jurnalı dərc edib.

Bütün xəbərlər Facebook səhifəmizdə