Türkiyədə azarkeşlərsiz qarşılaşmalara son qoyuldu!

Türkiyədə azarkeşlərsiz qarşılaşmalara son qoyuldu!
Türkiyə Futbol Federasiyası (TFF), böyük bir dəyişikliyə imza atıb. Siasport.az saytı xəbər verir ki, qardaş ölkənin Futbol Federasiyasının qərarı ilə bu ölkədə cəzaya görə heç bir futbol klubu boş tribunalar qarşısında oynamayacaq. Uzun illərdir ki, məhz elə bu amil üzündən böyük itkilərlə üzləşən və azarkeşlərini üzən futbol klubları bundan sonra rahat nəfəs ala biləcəklər. TFF prezidenti Mehmet Əli Aydınlar, türkiyəli həmkarlarımıza bildirib ki, atılan bu addım həm Türkiyədə futbolun kütləviləşməsinə və sürətlə yayılmasına, həm də son vaxtlar oyun alqı-satqılarına görə türk futbolunun zədələnən imicini bərpa etməyə yönəlib. Xatırladaq ki, bu qərarla Türkiyə futbol sahəsində bir ilkə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə