Xose Quardiola: "Biz yenə çempionluğa əsas namizədik"

Xose Quardiola: "Biz yenə çempionluğa əsas namizədik"

İspaniya La Liqasında keçirilən növbəti qarşılaşmalar qol baxımından olduqca zəngin olub. Siasport.az saytı xəbər verir ki, son İspaniya çempionu olan "Barselona" futbol klubu növbəti dəfə azarkeşlərini qol şousu ilə sevindirib. Belə ki, katalon klubu "Nou Kamp"da "Osasuna"nı qəbul edib və rəqib qapısından düz 8 qol keçirib. Messinin, Xavinin, David Vilyanın və "Arsenal"dan transfer olunan Sers Fabreqasın qolları ilə "Osasuna" üzərində 8:0 hesablı qələbə qazanan "Barselona", bununla da yenidən İspaniya çempionluğuna bir nömrəli namizəd olduğunu hamıya sübut edib.
Komandanın baş məşqçisi Xose Quardiola isə oyundan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, onun komandası, əzmkar oyunu ilə yenidən İspaniya çempionluğuna bir nömrəli namizəd olduğunu isbatlamağa başlayıb. 40 yaşlı futbol mütəxəssisi, bütün futbolçularının da İspaniya çempionluğuna kökləndiklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə