ANS-ın idman departamentindən daha bir jurnalist ayrıldı

ANS-ın idman departamentindən daha bir jurnalist ayrıldı
ANS-in idman departamentinin daha bir əməkdaşı işdən ayrılıb. Siasport.az saytı xəbər verir ki, Mehman Rəsulov işdən çıxıb.
Xəbəri dəqiqləşdirmək üçün teleşərhçinin özü ilə əlaqə saxladıq. Mehman bəy faktı təsdiq etdi: "İşdən ayrılmağımla bağlı xəbər doğrudur. ANS-dən getməyimin səbəbi iş yoldaşlarımın gedişi oldu. Bundan əvvəl Gəray Qiyasov getmişdi. Daha sonra Gündüz Abbaszadə işdən getdi. Buna görə də ANS-də qalmaq istəmədim".
Tanınmış jurnalist böyük ehtimalla idman sahəsində çalışacaq: "Hələ ki, istirahət edirəm, hələ heç kiminlə razılaşmamışam. Amma bəzi təkliflər var. Götür-qoy edib, qərarımı verəcəm. Yalnız onu deyə bilərəm ki, yeni iş yerim də idman sahəsində olacaq".
Xatırladaq ki, ANS-dən ayrılan Gündüz Abbaszadə "Neftçi" jurnalının baş redaktoru təyin olunub.


fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə