Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qəbələ" klubu ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis komandanın oyunundan razı qaldığını deyib: "Qəbələ" ilə oyuna çox ciddi hazırlaşmışdıq. İki məğlubiyyətdən sonra bu qələbə bizim üçün vacib idi. "Neftçi" daha yaxşı oyun nümayiş etdirəcək, ancaq bunun üçün zamana ehtiyacımız var. Biz yeni oyunçu transfer etməmişik. Çempion komanda üçün bu, o qədər də önəmli deyil. Bu gün bəxt də bizim tərəfimizdə idi. Komandamın oyunundan razı qaldım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB