Dünən rəqib meydanında "Gaziantepspor"la qarşılaşmada "Fənərbaxça" forması ilə özünün 300-cü oyununa çıxan kapitan Aleks De Souza, göstərdiyi gözəl və əzmkar oyunla yanaşı, təyin olunan penalti zərbəsini yerinə yetirə bilməməklə də diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"dakı koryerası əzrində 4-cü dəfə penaltini düzgün vura bilməyən braziliyalı kapitana, "Fənərbaxça" azarkeşləri tribunalardan dəstək nümayiş etdiriblər. "Böyük kapitan" şüarları səsələndirən "sarı lacivərtli" azarkeşlər, oyundan sonra da azarkeş internet səhifəsində braziliyalı futbolçunu bundan üzülməməyə və bütün diqqətini komandanın uğurlarına yönəltməyə çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB