Hamit Altıntop iki həftə sonra "Real"ın heyətində meydana çıxacaq!
İspaniyanın "Real" futbol klubunda forma geyinən türk futbolçu Hamit Altıntop, artıq kral klubunda məşqlərə başlayıb. Siasport.az saytı xəbər verir ki, bel nahiyyəsindən ağır bir əməliyyat keçirən "Bayern Münhen"in keçmiş futbolçusu, əəmliyyatdan 75 gün sonra məşq prosesinə qatılaraq hər kəsi təəcübləndirib.
Madrid "Real"ının həkimləri, ulduz futbolçunun ən geci 2 həftə sonra yaşıl meydanlara dönə biləcəyini vurğulayırlar. Futbolçunun özü isə "Real"ın rəsmi internet səhifəsinə verdiyi açıqlamada deyib ki, o özünü indi əla hiss edir və daha çox məşq etməklə formasını bərpa etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB