Volkan Dəmirəl Tolunay Kafkası hədəfə aldı!

Volkan Dəmirəl Tolunay Kafkası hədəfə aldı!
İstanbulun \"Fənərbaxça\" futbol klubunun rəqib meydanında \"Gazientepspor\" klubunu 3:1 hesabı ilə məğlub etməsindən sonra bir sıra xoşagəlməz hadisələr baş verib. Siasport.az saytı xəbər verir ki, rəqib komandanın baş məşqçisi olan Tolunay Kafkas ilə \"Fənərbaxça\" klubunun futbolçusu Bekir İrtegün arasında gərginlik yaranıb.
Belə ki, \"sarı lacivərtli\" futbolçu rəqib komandanın baş məşqçisinə əl uzadaraq \"keçmiş olsun\" demək istəsə də, T.Kafkas onun bu centlimenliyinə eyni şəkildə cavab verə bilməyib və ona uzanan əli havada qoyub. Bu isə \"Fənərbaxça\" futbolçularını bərk qəzəbləndirib. Komandanın qolkiperi Volkan Dəmirəl, futbolçu yoldaşına təsəlli verərək, T.Kafkasın məğlubiyyəti həzm edə biləcək səviyyədə ürəkli bir adam olmadığına işarə vurub: \"Hər bir insanda hər şeydən əvvəl cəsur bir ürəyinin olması vacibdir. İnsanın boy-buxunu, cüssəli olması onun ürəkli olmasından xəbər vermir. Tolunay Kafkas da ürəkli olmağdan məhrum bir adamdır\"-deyə V.Dəmirəl rəqib komandanın baş məşqçisi ilə bağlı fikirlərini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə