İspaniyanın "Valensiya" futbol klubunun türkiyəli futbolçusu Mehmet Topuz, ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində "Valensiya"nın rəqib meydanında Belçikanın "Genk" futbol klubuna qarşı keçirdiyi oyunda dizindən zədə alan türkiyəli futbolçu, həkimlərin ciddi nəzarəti altındadır. İspaniya mətbuatı yazır ki, M.Topalın zədələnməyi "Valensiya" üçün ciddi itki sayılacaq.
Çünki bu komandanı qarşıdakı həftələrdə İspaniya La Liqasında ciddi sınaq gözləyir. "Valensiya", həm La Liqada, həm də UEFA Çempionlar Liqasında ağır qarşılaşmalara çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB