Mario Balotelli İtaliya polisinə ifadə verdi!

Mario Balotelli İtaliya polisinə ifadə verdi!
İngiltərənin "Mançester Siti" futbol klubunun ulduz futbolçusu Mario Balotellinin başı yaman dərddədir. Siasport.az saytı xəbər verir ki, İtaliya polisi, adı mafiya ilə əlaqəndirilən futbolçunu bu gün dindirmək üçün Napoli polis idarəsinə aparıb. İtaliya mətbuatının xəbərinə görə, Napoli mafiyasının hazırda həbsdə olan lideri Marko Lorio ilə görüşdüyü iddia olunan M.Balotelli, italyan polisinə veridyi izahatda mafiya başçısı ilə heç bir əlaqəsinin olmadığını və ona qarşı irəli sürülən itthamları rədd etdiyini bildirib.
O, Napoli həbsxanasına. yaxın dostunu ziyarət etmək üçün getdiyini, onun da heç bir cinayətkar qruplaşmaya bağlı olmadığını və sırf qəza törətdiyinə görə həbs olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə