Sentyabrın 18-də Azərbaycan Premyer Liqasının VI turunda "Rəvan"ın qonağı olacaq "Sumqayıt Şəhər" qarşılaşmaya oyunun keçiriləcəyi "Dalğa Arena"da hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə "Sumqayıt Şəhər" klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib: "Müdafiəçilər Samir Abasovv və Hacı Əhmədov, yarımmüdafiəçilər Aqil Məmmədov və Aleksandr Qross, həmçinin hücumçu Ruslan Qurbanov zədəlidir. Digər hücumçumuz Eldar Məmmədovun da "Rəvan"a qarşı oyunda meydana çıxması sual altındadır. Komandamız son bir həftədə üçüncü qarşılaşmasına çıxacaq. Futbolçularda yorğunluq hiss olunur. Buna baxmayaraq, biz yalnız qələbə qazanmaq üçün meydana çıxacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB