UEFA Çempionlar Liqasında öz meydanında Türkiyə təmsilçisi "Trabzonspor"a 0:1 hesabı ilə uduzan İtaliyanın "İnter" futbol klubunda vəziyyət kritikdir. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Gasperininin istefası gündəmə gəldiyindən, İtaliya mətbuatı onun yerinə "İnter"in sükanı arxasına keçəcək olan mütəxəssis "ovuna çıxıb."
İtaliya mətbuatına görə, "Trabzonspor" məğlubiyyətindən sonra "İnter" prezidenti Morattinin də 53 yaşlı futbol mütəxəssisinə güvəndiyini açıqlaması, sadəcə klubda futbolçular arasında psixoloji gərginliyin yaranmaması və A Seriyasında keçiriləcək vacib oyunlar öncəsi "İnter"də əhval-rühuyyəni qoruyub saxlamağa yönəlib.
İtaliya qəzetlərinə görə, "İnter" prezidenti klubun sükanı arxasına, hazırda futbol üzrə İngiltərə millisini çalışdıran Fabio Kapellonu gətirmək istəyir. Mətbuatın yazdığına görə, hər nə qədər F.Kapello hazırkı baş məşqçini müdafiə edərək "İnter"ə gəlmək istəmədiyini desə də, "İnter" prezidenti Morrati ilə gizli danışıqlar apardığı barədə italyan klubunun özündə də söz-söhbətlər gəzməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB