Azərbaycan Premyer Liqasının VI turunda AZAL doğma meydanda "İnter"i qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun verdiyi məlumata görə, "təyyarəçilər" bu oyuna ciddi hazırlaşırlar: "Ötən tur səfərdə "Kəpəz"ə məğlub olsaq da, komandada əhval-ruhiyyə yaxşıdır. "İnter" üzərində qələbə qazanmaqla ötən turdakı məğlubiyyəti unutdurmağa çalışacağıq. Ötən mövsüm "İnter"i 5:0 hesabı ilə məğlub etmişdik.Usim Nduka, Aqil Nəbiyev və Robert Petrov kimi güclü futbolçularımız zədəlidir. Buna baxmayaraq, "İnter"lə oyunda yalnız qələbə haqqında fikirləşirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB