\"Beşiktaş\" azarkeşləri \"İsmət İnönü\"də Əziz Yıldırımı təhqir etdilər!
Dünən \"İsmət İnönü\" stadionunu əsl şouya və futbol bayramına çevirən \"Beşiktaş\" azarkeşləri, bir sıra şüarlarla da yadda qalıblar. Siasport.az saytı xəbər verir ki, İsrail əleyhinə heç bir xoşagəlməz şüarın səslənmədiyi və skandal hadisənin baş vermədiyi stadionda, \"qara qartal\" azarkeşlərinin hədəfində \"Fənərbaxça\" prezidenti Əziz Yıldırım var idi.
Qarşılaşmada doğma komandalarının İsrail təmsilçisi üzərində 5:1 hesablı qələbəsindən ruhlanan \"Beşiktaş\" azarkeşləri, Ə.Yıdırım əleyhinə təhqir dolu şüarlar səsləndirərək, əzəli rəqibləri olan \"Fənərbaxça\"nın Metris həbsxanasında saxlanılan prezidentinə \"münasibətlərini\" ortaya qoyublar. Yalnız \"Beşiktaş\" prezidenti Yıldırım Dəmirörənin və digər \"Beşiktaş\" rəhbərlərinin müdaxiləsindən sonra bu prosesə son qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB