Futbolçu itkin düşüb
"Fiorentina"nın yarımmüdafiəçixi Savio Nsereko itkin düşüb. Siasport.az saytı xəbər verir ki, 22 yaşlı futbolçu barəsində axtarış elan edilib.
B seriyasının "Yuve Stabia" klubunda icarə əsasında çıxış edən Nserekodan artıq 9 gündür səs-səmir yoxdur. Əslən uqandalı olan almaniyalı futbolçu isə birinci dəfə deyil ki, itkin düşür. O, 2010-cu ildə "Münhen-1860"da çıxış edən zaman da bir neçə həftə yoxa çıxıb. O vaxt Savio bunu Uqandada qardaşının dəfn mərasimində iştirak etməklə əlaqələndirib.

Qeyd edək ki, uqandalı futbolçu əsasən "Breşiya"dakı çıxışı ilə məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə