Rüştü Rəncbərdən sonra La Liqada çıxış edəcək ikinci türk qapıçı!

Rüştü Rəncbərdən sonra La Liqada çıxış edəcək ikinci türk qapıçı!
Türkiyənin "Trabzonspor" futbol klubunun qapıçısı Tolqa Zengin, Avropa klublarının və futbol mütəxəssislərinin diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup qarşılaşmasında Milanda "İnter" üzərində 1:0 hesabı qələbə qazanan Türkiyə klubunun bacarıqlı qapıçısı barədə İspaniyadakl futbol yazarları və televiziya proqramları bir sıra açıqlamalar verməyə başlayıblar.
İspaniyalı həmkarlarımız iddia edir ki, möhtəşəm qapıçı ustalığı ilə Türkiyə klubunun İtaliyadan qələbə ilə geri dönməsində böyük əmək sahibi olan T.Zengin, Rüştü Rəncbərdən sonra La Liqada yer alacaq ikinci türk qapıçı ola bilər. İspaniyalılara görə, bu mövsüm UEFA Çempionlar Liqasında öz hazırkı formasını qoruya bilsə, "Trabzonspor"un qolkiperi İspaniya və digər Avropa klublarının diqqət mərkəzinə düşə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə