Tofiq Bəhramovun heykəlinin yeri dəyişdiriləcək

Tofiq Bəhramovun heykəlinin yeri dəyişdiriləcək
Xəbər verdiyimiz kimi, Tofiq Bəhramov adına Respublika Stadionunda yenidənqurma və təmir-bərpa işləri aparılır. Siasport.az saytı xəbər verir ki, təmir işlərini Koreya şirkəti həyata keçirir. Amma təmir işlərində tək koreyalı mütəxəssislər deyil, yerli mütəxəssislər də iştirak edirlər.
Stadionun tamaşaçılar əyləşən hissəsinin üzərinin tam örtülməsi nəzərdə tutulur. Həmçinin stadionda həm tamaşaçılar, həm də idmançılar üçün əlavə rahat şəraitin yaradılması gözlənilir. Stadionun ərazisindəki ot örtüyü də tam dəyişdiriləcək. Təmirdən sonra stadion Avropa standartlarına tam cavab verəcək.
Stadionun qarşısındakı Tofiq Bəhramovun heykəlinin yerinin dəyişdirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, stadionun açılışı 2012-ci il mart ayında, ən geci isə həmin ilin may ayına planlaşdırılır

Bütün xəbərlər Facebook səhifəmizdə