Ünal Aysal Fatih Terimə sərt xəbərdarlıq etdi!

Ünal Aysal Fatih Terimə sərt xəbərdarlıq etdi!
İstanbulun \"Qalatasaray\" futbol klubunun prezidenti Ünal Aysal, klubun idarə heyətinin dünən keçirilən toplantısında komanda barəsində sərt şəkildə danışaraq, hər kəsi öz üzərinə düşən məsuliyyəti yaxşı dərk etməyə və bu məsuliyyətin yaşıl meydanlarda əks olunması üçün çalışmağa dəvət edib. Siasport.az saytı xəbər verir ki, klub prezidenti, yeni mövsümə uğurlu başlamaq üçün bir sıra ciddi transferlərin reallaşdığını, bütün bunların böyük zəhmət bahasına başa gəldiyni deyərək, indi sözün baş məşqçidə və futbolçularda olduğunu açıqlayıb.
Türkiyə mətbuatı isə yazır ki, \"Qalataaray\" prezidenti bu açıqlamaları ilə ilk növbədə baş məşqçi Fatih Terimə ciddi şəkildə xəbərdarlıq edərək, ondan nəticə gözlədiyinə işarə vurub. Belə görünür ki, artıq klubda bütün diqqətlər \"imperator\"a yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə