Quaresma bundan sonra "Beşiktaş"ın kapitanı olacaq?

Quaresma bundan sonra "Beşiktaş"ın kapitanı olacaq?
Dünən axşam UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, gözlənilməz nəticələr və darmadağınlarla zəngin olan qarşılaşmalarda əsas hadisələr İstanbulda baş verib. Türkiyənin "Beşiktaş" futbol klubu, İsrailin "Makkabi" futbol klubuna əsl futbol dərsi keçib. Belə ki, "qara qartallar", İsraildən olan rəqiblərini 5:1 hesabı ilə darmadağın ediblər. "Beşiktaş"ın kapitanı olaraq meydana çıxan Quaresma isə komandanın uguru üçün əsl kapitanlıq missiyasını ugurla reallaşdırıb.
Göstərdiyi oyunla "İsmət İnönü"yə toplaşan 10 minlərlə "Beşiktaş" azarkeşinin alqışlarını qazanan portuqaliyalı futbol ulduzu, komandanı lider olaraq arxasınca aparmaq qabiliyyətinə görə kapitan sarğısını daşımağa ən real namizəd olduğunu təsdiqləyib. Komanda rəhbərliyi də dünənki qarşılaşmada liderlik funksiyasını üzərinə götürən və bunu ustalıqla reallaşdıran portuqaliyalıya kapitanlıq sargısını həvalə etməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə