Sona Əhmədli dünya çempionatında bürünc medal qazandı-FOTOLAR

Sona Əhmədli dünya çempionatında bürünc medal qazandı-FOTOLAR

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, çempionatın 4-cü günündə 55 kq-da yarışan Yuliya Ratkeviç startda Salamat Kuçimova (Özbəkistan) ilə qarşılaşıb və qələbə qazanıb - 1:0, 4:0. Növbəti görüşdə latviyalı Anastasiya Qriqoryevaya da eyni aqibəti yaşatmaq lazım idi ki, idmançımız bunu bacarıb - 6:0, 4:4. 1/4 finalda idmançımızı Kanada güləşçisi Linn Verbek gözləyirdi. Onu da yenəcəyi halda, Ratkeviç də olimpiya lisenziyasına sahib çıxacaqdı. Amma təəsfüf ki, Yuliya bu dəfə məğlubiyyətə üzülüb - 2:1, 0:1, 0:3. Lakin onun hələ də həm lisenziya, həm də medal qazanmaq şansı olsa da, bu şansdan yararlana bilməyib.

Sona Əhmədli isə (59 kq) ilk qələbəsini Qazaxıstan güləşçisi Olqa Kalinina üzərində qazanıb - 1:0, 2:0. Onun növbəti rəqibi rusiyalı Valeriya Jolobovay olub. Sona bu rəqibini də çətinliklə olsa da, məğlub edə bilib - 0:2, 2:1, 2:1. Nəticədə, Əhmədli 1/4 finala çıxıb ki, burda da Nadza Mixalkova (Belarus) üzərində qələbəyə sevinib - 3:1, 3:2. İdmançımız yarimfinala çıxsa da, bu yaş qrupunda olimpiadaya lisenziya yoxdu. 1/2 finaldakı rəqib Qana Vasilekoydu (Ukrayna) olub ki, Əhmədli bu görüşdə məğlub olub - 4:6. Həlledici görüşdə rəqibi kanadalı Amanda Joy Gerhartdan iki hissənin nəticələrinə görə (1:0, 2:1) üstün olan Sona Əhmədli Dünya Çempionatını bürünc medalla başa vurub.Gözəl Zutova (63 кq) ilk duelində Mustafa Useynlə (Bolqarıstan) qarşılaşıb və elə startdaca uduzub. Ona qalib gələn rəqibi finala çıxa bilmədiyindən, Zutovanın medal qazanmaq ümidləri də puç olub.


Bütün xəbərlər Facebook səhifəmizdə