Deyəsən "İnter"in uruqvaylı ulduz futbolçusu Diyeqo Forlan, Milan təmsilçisinə gəldiyi üçün yamanca peşmandır. Siasport.az saytı xəbər verir ki, Uruqvay dövlət radiosuna açıqlama verən "Atletiko Mardird" futbol klubunun keçmiş ulduz futbolçusu, İstanbulun "Qalatasaray" futbol klubuna getmədiyinə görə də özünü yamanca qınamağa başlayıb:
"Açığı Amerika Kubokunda olduğum zaman "Atletiko Madrid" futbol klubunun rəhbərliyi tərəfindən klubda "persona non qrata" elan olunmağım ilə bağlı mənə xəbərlər çatdırılırdı. İlk dəfə bunlara əhəmiyyət vermirdim. Amma sonradan klub prezidentinin İspaniya mətbuatı vasitəsi ilə məni klubdan getməyə dəvət etməsi mənə çox pis təsir etdi. Həmin ərəfədə Mənə Türkiyənin "Qalatasaray" futbol klubu da olduqca ciddi maraq göstərirdi. Amma sonuncda mən "İnter"i seçdim. Amma etiraf edim ki, həm İtaliya A Seriyasında, həm də UEFA Çempionlar Liqasına çox böyük uğursuzluğla başlamışıq. Bu heç də yaxşı başlanğıc deyil"-deyə D.Forlan fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB