Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Avropa Liqasında qrup mərhələsinə start veriləcək
Çempionlar Liqasının ardınca Avropa Liqasında da qrup mərhələsinə start veriləcək. Siasport.az saytı xəbər verir ki, bu gecə qrup mərhələsinin ilk turunun oyunları baş tutacaq.
12 qrupda 24 qarşılaşma baş tutatacaq. İlk 6 qrupun 12 oyunu Bakı vaxtı ilə saat 22.00-da, növbəti 6 qrupun 12 qarşılaşması isə saat 00.05-də start götürəcək.
Türkiyənin turnirdəki tək təmsilçisi "Beşiktaş" doğma meydanda oynayacaq. İstanbul klubu "İsmet İnönü" stadionunda "Xəzər Lənkəran"ı bu turnirdə mübarizədən kənarlaşdırmış Təl-Əviv "Makkabi"sini qəbul edəcək. Bu oyun prisipial əhəmiyyət daşıyacaq. Türkiyə və İsrail arasında son günlər yaranan siyasi gərginliyin oyuna da təsir edəcəyi istisna deyil.

Avropa Liqası
I tur
15 sentyabr

A qrupu
22.00 PAOK (Yunanıstan) - Tottenhem (İngiltərə)
22.00 Şamrok Rovers (İrlandiya) - Rubin (Rusiya)

B qrupu
22.00 Kopenhagen (Danimarka) - Vorskla (Ukrayna)
22.00 Hannover 96 (Almaniya) - Standard (Belçika)

C qrupu
22.00 Hapoel (Təl-Əviv, İsrail) - Rapid (Rumıniya)
22.00 PSV (Hollandiya) - Legia (Polşa)

D qrupu
22.00 Latsio (İtaliya) - Vasluy (Rumıniya)
22.00 Surix (İsveçrə) - Sportinq (Portuqaliya)

E qrupu
22.00 Beşiktaş (Türkiyə) - Makkabi (Təl-Əviv, İsrail)
22.00 Dinamo (Kiyev) - Stok Siti (İngiltərə)

F qrupu
22.00 PSJ (Fransa) - Salzburq (Avstriya)
22.00 Slovan (Slovakiya) - Atletik (İspaniya)

G qrupu
00.05 Austria (Avstriya) - Metallist (Ukrayna)
00.05 Alkmaar (Hollandiya) - Malmö (İsveç)

H qrupu
00.05 Birminghem (İngiltərə) - Braqa (Portuqaliya)
00.05 Brügge (Belçika) - Maribor (Sloveniya)

I qrupu
00.05 Atletiko (İspaniya) - Seltik (Şotlandiya)
00.05 Udineze (İtaliya) - Renn (Fransa)
J qrupu

00.05 Makkabi (Hayfa, İsrail) - AEK (Kipr)
00.05 Styaua (Rumıniya) - Şalke 04 (Almaniya)

K qrupu
00.05 Fulhem (İngiltərə) - Tvente (Hollandiya)
00.05 Visla (Polşa) - Odense (Danimarka)
L qrupu
00.05 Anderlext (Belçika) - AEK (Yunanıstan)
00.05 Şturm (Avstriya) - Lokomotiv (Moskva, Rusiya)

Bütün xəbərlər Facebook səhifəmizdə