"İnter"in baş məşqçisi "Trabzonspor"a uduzduğuna görə işdən qovulur!

"İnter"in baş məşqçisi "Trabzonspor"a uduzduğuna görə işdən qovulur!

Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında Türkiyə təmsilçisi "Trabzonspor"a 0:1 hesabı ilə məğlub olan İtaliya "İnter"i, ciddi proseslər qarşısındadır. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisinin prezidenti Moratti, Türkiyə təmsilçisinə olan məğlubiyyəti rüsvayşılıq adlandıraraq, baş məşqçi Gasperiniyə ciddi xəbərdarlıq edib. İtaliya mətbuatı yazır ki, İtaliya A Seriyasına da uğursuz şəkildə başlayan klubda səbrlər tükənməkdədir. Klub rəhbərliyi qarşıdakı "Roma" matçında da qələbə qazanılmayacağı təqdirə baş məşqçi ilə yolları ayırmağı düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə