Serxio Aguero: "Hər şeyə görə Messiyə minnətdaram"

Serxio Aguero: "Hər şeyə görə Messiyə minnətdaram"

Hazırda İngiltərənin "Mançester Siti" futbol klubunda çıxış edən futbol üzrə Argentina yığmasının forvardı Serxio Aguero, "Atletiko Madrid" futbol klubundan ingilis klubuna keçidinə görə minnətdar olacağı şəxsin adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi Diyeqo Maradonanın kürəkəni olan ulduz futbolçu, ingilis klubuna keçidinə göstərdiyi dəstəyə və ağıllı məsləhətə görə Argentina millisindəki futbolçu yoldaşı, İspaniyanın "Barselona" futbol klubunun ulduz futbolçusu Leonel Messiyə minnətdardır. Argentinalı futbolçu, ingilis mətbuatına açıqlamasında bildirib ki, məhz L.Messinin məsləhəti və mənəvi dəstəyi ilə İngiltərə Premyer Liqasına yollanıb. L.Messi, gələcəkdə yaxşı koryera qurmaq üçün və istədiyi kluba transfer ola bilmək üçün İngiltərə Premyer Liqasında top qovmağın vacibliyini S.Agueroya başa salıb. "Hər şeyə görə məhz ona minnətdaram"-deyə S.Aguero bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə