“Beşiktaş” azarkeşlərinə səsləndi: “Təxribata uymayın!\"

“Beşiktaş” azarkeşlərinə səsləndi: “Təxribata uymayın!\"
Bu axşam İstanbulda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək \"Makkabi\"-\"Beşiktaş\" qarşılaşması diqqət mərkəzindədir. Siasport.az saytı xəbər verir ki, Türkiyə və İsrail arasında hökm sürən siyasi gərginlik üzündən, İstanbula gələcək israilli futbol azarkeşlərinin təhlükəsizlik məsələləri aktual məsələyə çevrilib. Bu axşam keçiriləcək qarşılaşmada ictimai təhlükəsizliyi təxminən 3 minə qədər türk polisi qoruyacaq.
Çünki İstanbul klubu yaxşı başa düşür ki, hər hansı bir xoşagəlməz hadisənin baş verməsi onsuz da Türkiyə futboluna qənim kəsilən UEFA tərəfindən ciddi cəzaların verilməsi ilə nəticələnə bilər. \"Beşiktaş\" klubunun rəsmi internet səhifəsi də azarkeşlərə səslənən məlumat yayımlayıb. Yayılan məlumatda, klub rəhbərliyi azarkeşlərə üz tutaraq onları əsl \"Beşiktaş\"lı kimi davranmağa, heç bir xoşagəlməz proseslərə yol verməməyə və provakasiyalara uymamağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə