Məsut Özil İstanbula gəlməkdən imtina etdi!

Məsut Özil İstanbula gəlməkdən imtina etdi!
İspaniyanın "Real" futbol klubunda forma geyinən futbol üzrə Almaniya millisinin forvardı Məsut Özil, oktyabrın 7-də İstanbulda Türkiyə millisi ilə keçiriləcək qarşılaşmaya qatılmaq istəmir. Siasport.az saytı xəbər verir ki, artıq Almaniya mətbuatı bu barədə bir sırta məlumatlar dərc edir. Elə Türkiyə mətbuatında da bu mövzü əsas müzakirə predmetinə çevrilib. Qardaş ölkənin idman nəşrləri yazırlar ki, M.Özil öz yaxın çevrəsi ilə söhbətində Türkiyə ilə qarşılaşmaya getməkdən boyun qaçırdığını, həttda Almaniya millsinin baş məşqçsisi Yoahim Lövlə də bu məsələni müzakirə etdiyini deyib.
O bu addımını həmişə Almaniya millsinin heyətində İstanbulda türkiyəli həmyerliləri tərəfindən fitə basılaraq təhqir olunması ilə izah edib. M.Özil, artıq Almaniya millisinin AVRO-2012-nin finalına vəsiqəni tam təmin etdiyini deyərək, bir daha İstanbulda özünə qarşı türk azarkeşlərin təhqirlərini eşitmək istəmədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə