Əfran İsmayılov artıq subay deyil

Əfran İsmayılov artıq subay deyil
"Qarabağ"ın futbolçusu Əfran İsmayılovun həyatında önəmli hadisə baş verib. Siasport.az saytı xəbər verir ki, 22 yaşlı futbolçu subaylığın daşını atmaq qərarına gəlib. Belə ki, Əfran el adəti ilə nişan mərasimi keçirib. Gənc futbolçu uşaqlıqdan sevdiyi qızla nişanlanıb. Amma futbolçu toyun dəqiq vaxtını və yerini müəyyənləşdirməyib. Çempionatda nə vaxt boşluq yaransa, İsmayılov məhz həmin vaxt rəsmi nigaha daxil olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə