Kaxaber Sxadadze: "Daha çox qol imkanlarımız oldu, istifadə edə bilmədik"-AÇIQLAMA

Kaxaber Sxadadze: "Daha çox qol imkanlarımız oldu, istifadə edə bilmədik"-AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış görüş keçirilib. Sumqayıtda yerli "Sumqayıt Şəhər" komandasının qonağı olan "İnter" ikinci hissədə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra hər iki komandanın baş məşqçiləri matç barədə fikirlərini bildiriblər:

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Sumqayıt Şəhər"in "Qarabağ"la oyununu izləmişdim. Həmin oyundakı heç-heçə rəqibimizə psixoloji üstünlük verirdi. Uğurlu əvəzetmələrlə ikinci hissədə oyunun gedişini dəyişdik. Daha çox qol imkanlarımız oldu, istifadə edə bilmədik. Layiqli qələbə qazandıq. Artıq növbəti turun oyununa hazırlaşacağıq. Samir Zərgərovun meydana qayıtması bizi sevindirir. O, qarşıdakı oyunlarda da bizə kömək edə biləcək. Rəqib komandanın baş məşqçisini gənc futbolçulardan belə gözəl komanda formalaşdırdığı üçün təbrik edirəm".

Bernhard Raab, "Sumqayıt Şəhər" klubunun baş məşqçisi: "Bu oyundan öncə zədəli futbolçularımız var idi. İlk hissədə üstün oynadıq, əlimizə düşən imkanlardan yararlana bilmədik. İkinci hissədə də yaxşı oynadıq, topa daha çox sahib olduq. Son 5 dəqiqədə hesabda geridə olduğumuz üçün bütün komanda ilə hücuma atıldıq və ikinci qolu qapımızdan buraxdlq. "İnter"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə