Lassian Diarra: \"Türkiyədə futbol oynamağa hazıram\"

Lassian Diarra: \"Türkiyədə futbol oynamağa hazıram\"

İspaniyanın \"Real\" futbol klubunun forvardı Lassian Diarranın ürəyindən sən demə Türkiyədə futbol oynamaq istəyi keçirmiş. Siasport.az saytı xəbər verir ki, müsəlmanlığı qəbul etmiş ulduz futbolçu, Türkiyədə çox istənilməyindən və ona olan diqqətdən məmnundur. Madrid \"Real\"ının ulduz futbolçusu, kral klubundakı futbolçu yoldaşları olan Məsut Özil, Nuri Şahin və Hamit Altıntopun yüksək dəyərlərə malik olan insan olduqlarını dilə gətirərək, İstanbulda yaşamağı çox istədiyini də etiraf edib. Türkiyənin aparıcı futbol klublarından birində forma geyməyə müsbət yanaşdığını deyən L.Diarra, qış transfer dövründə bu məsələnin reallaşa biləcəyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə