Mövsümün 10-cu debütantı-STATİSTİKA

Mövsümün 10-cu debütantı-STATİSTİKA

Azərbaycan Premyer Liqasının V turu daha 1 futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar oldu. Siasport.az saytı xəbər verir ki, əslən Rusiyadan olan milliləşən legioner Eldar İsmayılov karyerasında ilk dəfə bu komandanın formasında meydana çıxdı.

"Neftçi" ilə ev matçında iştirak edən yarımmüdafiəçi "Xəzər Lənkəran" tarixinin bütün oyunçularının ümumi sayını artırdı. Bu matçadək 135 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa, İsmayılov bu siyahıya 136-cı kimi daxil oldu. O, adını bu oyunçular siyahısına cari mövsüm daxil etdirən 10-cu futbolçudur. Eldara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas və Antonio Semedo yeni komandalarında debüt etmişdilər.

Cənub təmsilçisinin şərəfini qorumuş 136 oyunçudan 52-si yerli, 84-ü əcnəbidir ki, Eldarın Rusiya futbolunun yetirməsi olduğunu nəzərə alsaq, o bu ölkədən olan 2-ci futbolçudur. İlk belə oyunçu isə Dmitri Nejelev idi. O, 2004/05 mövsümündə 8 matçda iştirak edib.

Ümumilikdə isə 30 ölkədən olan oyunçular "Xəzər Lənkəran"da çıxış edib: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya – hərəsi 1.

Bütün xəbərlər Facebook səhifəmizdə