İbrahim Üzülməz: "Qurban Qurbanov beni çalışdırsa, onun takımında oynayaram"

İbrahim Üzülməz: "Qurban Qurbanov beni çalışdırsa, onun takımında oynayaram"

Azərbaycanda keçirilən B katiqoriyalı məşqçi seminarında iştirak edən "Beşiktaş"ın keçmiş futbolçusu İbrahim Üzülməzlə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Siasport.az saytı xəbər verir ki, İbrahim Üzülməz "Qarabağ" klubunda çalışa bilər və dünən gecə dənizkənarı parkda "Qarabağ" rəsmilərilə birgə kafedə oturub söhbət edib. Bununla bağlı əməkdaşımız dənizkənarı parkda həmin kafeyə yollanıb. Əməkdaşımız sözügedən yerə çatanda, İbrahim Üzülməzin kafedə Qarabağın baş məşqçisi Qurban Qurbanovla, adı çəkilən komandanın futbolçusu Rəşad Sadıqovla və bir neçə başqa şəxslərlə birgə çay masasında əyləşib çox səmimi söhbətinin şahidi olub.Çox səmimi və mehriban söhbətləri görən əməkdaşımız məlumatı dəqiqləşdirmək üçün İbrahim Üzülməzə yaxınlaşıb və söhbətləşib.

Əməkdaşımız "Siz "Qarabağ" komandasına keçmək istəyirsiniz?" sualına İbrahim Üzülməz zarafatla belə cavab verib: "Qurban Qurbanov beni çalışdırsa, onun takımında oynaya bilərəm". Rəşad Sadıqov da ona ünvanlanan "İbrahim Üzülməzi yaxın zamanlarda Qarabağ klubunda görə biləcəyik?" sualına "Hər şey ola bilər. Hələ heç bir şey dəqiqləşməyib" cavabını verib. Bu zaman İbrahim Üzülməz üzünü Rəşad Sadıqova çevirərək "Jurnalistlərin yanında çok şey konuşmak olmaz"deyərək gülüb.

İbrahim Üzülməz həqiqətən "Qarabağ"a keçir? Elədirsə, görəsən klubda hansı postu tutmağı planlaşdırır? Məşqçi yoxsa, futbolçu postuna?

Araşdırmamız davam edir . Bununla bağlı "Qarabağ klubunun da mövqeyini öyrənməyə çalışacağıq.

Mundial.az

Bütün xəbərlər Facebook səhifəmizdə