Millimiz böyükhesablı qələbə qazanıb

Millimiz böyükhesablı qələbə qazanıb
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Viktoria 01 Aschaffenburg" klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma yığmamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb. İki qolun müəllifi Ruslan Nəsirli olub. Kamran Abdullazadə, Namiq Ələsgərov, Ramin Şirinov və Şamil Camaləddinov hərəyə bir dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə