Əfran İsmayılov: "Hədəfimiz sadəcə qələbədir"-AÇIQLAMA

Əfran İsmayılov: "Hədəfimiz sadəcə qələbədir"-AÇIQLAMA
"Qarabağ" klubu şənbə günü "Xəzər-Lənkəran"la qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, çempionatın liderinə qarşı komanda hazırlıqlarını oyunun keçiriləcəyi Suraxanı qəsəbə stadionunda davam etdirəcək. Komanda sadəcə zədəli Zaur və Eminin xidmətindən yararlana bilmir. Ağdam təmsilçisinin milli üzvlərindən olan Əfran İsmayılov cənublularla oyun haqqında belə düşünür: "Olduqca çətin oyun olacaq. "Xəzər-Lənkəran" çempionatın lideridir. Cənublular bu il digər komandalara baxanda daha yaxşı təsir bağışlayırlar. Amma biz də qələbə qazanmalıyıq. Son 2 oyunda xal itirdiyimizə görə 3 xala daha çox ehtiyacımız var. Öz meydançamızda oynmağımızdan yararlanmalıyıq. Hədəfimiz sadəcə qələbədir. Məşqlərdə səylə çalışırıq. Uduzsaq rəqib bizdən xeyli aralanacaq. Bu istər-istəməz təzyiq yaradır. Amma bu futboldur. İstənilən nəticə qeydə alına bilər. Amma biz meydana 3 xal üçün çıxacağıq. "Xəzər Lənkləran"la oyunlarımız həmişə maraqlı alınıb. Bu dəfə də azarkeşlərin xoş futbol izləyəcəyini düşünürəm. Ancaq, inanıram ki, sonda sevinən tərəf "Qarabağ" olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə