Güləşçilərimiz yeni qələbələrə inadla addımlayırlar

Güləşçilərimiz yeni qələbələrə inadla addımlayırlar

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, bu gün yunan-romaçıların mübarizəsində son, qadınlarda isə ilk gündür.

74 kq çəkili yunan-romaçıların mübarizəsində Azərbaycanı Rafiq Hüseynov təmsil edəcək. Onun ilk rəqibi özbəkistanlı Əzizbek Muradov olacaq.

48 kq çəkili qadınlar arasında isə artıq bir dəfə dünya çempionu olmuş Mariya Stadnik güləşir. Stadnikin ilk rəqibi argentinalı Alexandro Bermudes olub və idmançımız qələbə qazanıb. Stadnik növbəri mərhələdə qazaxıstanlı Yıldız Eşimova ilə qarşılaşacaq.

51 kq-da Patimat Baqomedova Monqolustan güləşçisi Otqonsetseq Davasukla üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə