U-21-in iki oyununun vaxtı müəyyənləşib

U-21-in iki oyununun vaxtı müəyyənləşib
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun başlanma vaxtı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, yığmamızın oktyabrın 6-da Norveç, oktyabrın 10-da isə Belçika komandası ilə keçirəcəyi oyun saat 18:00-da başlayacaq. Hər iki qarşılaşma Dalğa Arenada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə