Akif İsmayılov: "Hələ bir qərar verməmişik"-AÇIQLAMA

Akif İsmayılov: "Hələ bir qərar verməmişik"-AÇIQLAMA

"Hazırda stadionda güclü iş gedir. Oktyabrın 1-dən etibarən mərkəzi arena tam bağlanacaq. İstəyirik ki, sentyabrın 30-da klublar son oynunu burda oynasınlar". Siaspor.az saytı xəbər verir ki, bu sözləri fanat.az-a Tofiq Bəhramov adına Respublika stadionunun rəhbəri Akif İsmayılov deyib.
A. İsmayılov stadionun tam bağlanacağı ilə bağlı klubların xəbərdar edilmədiyini bildirib: "Bu haqda klublara hələlik xəbər verməmişik. Bizdən olsa, stadionu bu gün bağlayarıq. Ancaq klublarımızın stadion problemi olduğundan gözləyirik".
Arenadakı əksər tribunalar sökülsə də, qarşıdakı turlarda azarkeşlər üçün yer saxlanılıb: "Azarkeşlər üçün 14 və 15 sektorlarda 2000 yer saxlamışıq".
A.İsmayılov klubların artıq stadion problemini həll etdiyini bildirib: "Bakı"nın bazasında təmir işləri gedir. "Neftçi" yəqin ki, Bakıxanov qəsəbə stadionunda oynayacaq. Milliyə gəlinci, komanda Avstriyanı "Dalğa Arena"da qəbul edəcək".
Stadionun açlış tarixi hələ dəqiq məlum deyil: "Koreyalı mütəxəsislər mart ayında stadionun hazır olacağını bildiriblər. Biz artıq yeni oturacaqlar üçün nümunələr gətirtmişik. Stadionun xarici görnüşü üçün də bəzi şirkətlərdən nümunələr götürmüşük. Dünən gənclər və idman naziri Azad Rəhimov bu nümunələrə baxdı. Hamsı bir-birindən gözəl olduğu üçün hələ bir qərar verməmişik. Nazir stadionun xarici görünüşünün layihəsini istədi .Yalnız ondan sonra dəqiq qərar verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə