Şenol Günəş: "Futbol sürprizlərlə doludur"

Şenol Günəş: "Futbol sürprizlərlə doludur"
Bu gün axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində İtaliyada "İnter" futbol klubu ilə qarşılaşacaq Türkiyənin "Trabzonspor" futbol klubu, Milanda sensaiya yaratmağa köklənib. Siasport.az saytı xəbər verir ki, oyunun keçiriləcəyi "Cuzeppe Miyasso" stadionunda mətbuat konfransı keçirən "Trabzonspor"un baş məşqçisi Şenol Günəş jurnalistlərə bildirib ki, bu gecə istənilən sensasiya baş verə bilər. Rəqibi yerləşdikləri qrupun favoriti adlandıran təcrübəli futbol mütəxəssisi, eyni
zamanda əlavə edib ki, futbol sürprizlərlə dolu olan açıq bir oyundur. 26 il əvvəl UEFA Çempionlar Liqasında "İnter"lə qarşıalşdıqlarını yaxşı xatırlayan Ş.Günəş, bu gecə ilk növbədə türk futbolunun təmsilçisi olaraq qürurla mübarizə aparacaqlarını və rəqib üzərində qələbə çalmağa çalışacaqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə