Azərbaycanı ikinci dəfə ardıcıl çempionlar liqasında təmsil edəcək voleybolçu qadınlardan ibarət "Rabitə" klubunun qrup mərhələsindəki təqvimi və oyunlarının vaxtı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, ilk oyunda klubumuz Bakıda Fransa ASPTT MULHOUSE-unu qəbul edəcək. "Rabitə"nin ilk səfər oyunu Almaniyanın "DRESDNER" komandasına qarşı ikinci tur çərçivəsində baş tutacaq. Ardından komandamız "Fənərbaxça"nın meydanına yollanacaq. Bu matçın ardından türklər Bakıda qonağımız olacaq. Bu oyundan sonra "Rabitə" Azərbaycanı tərk etməyəcək. "Dresdner"i qəbul edib Fransaya üz tutacaq.
Çempionlar Liqası:
1 dekabr 2011-ci il
17.00 (Bakı vaxtı ilə 20.00)
Rabitə - ASPTT MULHOUSE (Fransa)
7 dekabr 2011-ci il
19.00
Dresdner – Rabitə
15 dekabr 2011-ci il
19.30
Fənərbağça – Rabitə
20 dekabr 2011-ci il
17.00 (Bakı vaxtı ilə saat 20.00)
Rabitə - Fənərbağça
10 yanvar 2012-ci il
17.00 (Bakı vaxtı ilə 20.00)
Rabitə - Dresdner
17 yanvar 2012-ci il
20.00
ASPTT MULHOUSE – Rabitə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB