"Nou Kamp"da "Milan"la bacarmayan "Barselona", üstəlik İnyestanı da itirdi!
Dünən "Nou Kamp" stadionunda İtaliyanın "Milan" futbol klubu ilə qarşılaşan və önəmli iki xal itirən İspaniyanın "Barselona" futbol klubunda, indi işlər yaxşı deyil. Siasport.az saytı xəbər verir ki, buna səbəb katalon klubunun ciddi itki ilə üzləşməsidir. Belə ki, "Milan" ilə qarşılaşmada ayaq topuğundan zədələnən Andres İnyesta, sən demə ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, katalon klubu qarşıdakı günlərdə İspaniya La Liqasında keçirəcəyi olduqca vacib qarşılşmalarda da İnyestanın xidmətlərindən məhrum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB