İstanbulun "Fənərbaxça" futbol klubunun yeni mövsümdə "Karabükspor"dan transfer etdiyi, amma bir dəfə də olsun İstanbul klubunun heyətində meydana çıxmadan dərhal da 10 milyon avroya Rusiyanın "Moskva" klubuna satılan Emmanuel Emenika, yenidən "Fənərərbaxça"ya qayıtmaq istəyir. Siasport.az saytı xəbər verir ki, Nigeriyalı futbolçu, hazırda İstanbul klubunda çıxış edən həmyerlisi Josep Yoboya zəng edərək, "Fənərbaxça"dan ayrıldığına görə min dəfə peşman olduğunu, Rusiyada çox pis şəraitdə yaşadığını, burada futbol əvəzinə başqa hər şeyin hökm sürdüyünü dilə gətirib.
"Fənərbaxça"dan ayrılmasının İstanbul polis idarəsinə çağrılaraq həmin anlarda ciddi qorxu keçirməsi ilə bağlı olduğunu deyən E.Eemenike, həmyerlisindən yenidən "Fənərbaxça"ya qayıtmaq üçün İstanbul klubunun baş məşqçisi Aykut Kocamanla danışıqlar aparmasını xahiş edib. O, həttda "Fənərbaxça" variantı olmasa da, başqa bir Avropa klubuna transfer olmağa çalışacağını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB