Həmyerliləri Fernando Misleraya üzülürlər...

Həmyerliləri Fernando Misleraya üzülürlər...

İstanbulun "Qalatasaray" futbol klubunun Türkiyə Superliqasının ilk qarşılaşması çərçivəsində "Böyükşeher Belediyespor"la qarşılaşmada 0:2 hesablı məğlubiyyətə düçar olması, təkcə Türkiyə mətbuatında deyil, eyni zamanda Uruqvay KİV-lərində də ciddi müzakirəyə səbəb olub. Siasport.az saytı xəbər verir ki, buna səbəb, "Qalatasaray"ın uruqvaylı qolkiperi Fernando Musleranın hər iki qolun İstanbul klubunun qapısına vurulmasında ciddi səhvə yol verməsidir. F.Musleranın Amerika Kubokunda Uruqvay millisinin heyətində göstərdiyi möhtəşəm oyunla müqayisədə Türkiyə Superliqasının ilk qarşılşmasındaca belə vəziyyətə düşməsini təəcüb və təəsüflə qarşılayan Uruqvaylı həmkarlarımız, bununla yanaşı qarşıdakı müddət ərzində qolkiperin ən yaxşı tərəfdən özünü göstərəcəyinə də əmin olduğunu qeyd edirlər. Uruqvay mətbuatına görə, F.Muslera hələ Türkiyə çempionatına tam uygunlaşma dövrü keçməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə