Oktyabrın 7-də AVRO-2012-nin seçmə qrup mərhələsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Avstriya millisinin baş məşqçisi Didi Konstantini istefa verib. Siasport.az saytı xəbər verir ki, buna səbəb komandasının zəif çıxş etməsidir.
Konstantini deyib:"Bu çox gözəl dövr idi. Şadam ki, Avstriya yığmasına yeni gənc oyunçular cəlb edildi. Xüsusilə federasiya rəhbərliyinə və məşqçi korpusuna təşəkkür etmək istəyirəm".
Hələlik yeni baş məşqçinin adı məlum deyil. Avstriyalıları yığmamızla görüşə idman direktoru Villi Ruttenştayner çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB