DÇ-2011: Saman Təhmasibi zədələnsə də lisenziyanı təmin etdi

DÇ-2011: Saman Təhmasibi zədələnsə də lisenziyanı təmin etdi

Türkiyənin İstanbul şəhərində güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, yarışda ikinci günün qarşılaşmaları keçirilib.

60 kq-da Həsən Əliyev çempionluğa gedən yolda ilk olaraq erməni əsilli İspaniya vətəndaşı Albert Aqumyan Ağazaryanı məğlub edib.

İkinci görüşdə polşalı Rafael Ramirezi üstələyən Həsən 1/8 finala adlayıb. Burada onun rəqibi meksikalı Manuel Alexandro olub. Alexandronu da yenən Həsən 1/4 finala adlayıb. Ancaq bu mərhələdə gözlənilmədən Əliyev venesuelalı Luis İqnasioya yenilib. İndi idmançımız heç olmasa bürünc şansı qazanmaq üçün bu güləşçinin finala çıxmasına ümid etməli idi. Amma ümidlər çox tez puç oldu. Növbəti görüşdəcə Venesuela güləşçisi məğlubiyyətə uğradı.

84 kq-da Saman Təhmasibi hindistanlı Kumar Manoj, sonra isə tunisli Hakey Açurini yenib. 1/4 finalda idmançımız Belarus güləşçisinə uduzub. Buna baxmayaraq, rəqibi finala adladığından Təhmasibi təsəlliverici görüşlərə qoşulub. Bundan sonra Qırğızıstan və Xorvatiya təmsilçilərini üstələyən Təhmasibi zədələndiyindən finlandiyalı güləşçi ilə bürünc uğrunda qarşılaşmaya çıxa bilməyib. Ancaq bu nəticə belə Təhmasibinin lisenziya qazanması üçün yetərli olub.

120 kq-da Məsut Həşimzadə Finlandiya idmançısı Taisto Henriklə qarşılaşıb və qələbə qazanıb. İndi onun rəqibi Ermənistanı təmsil edən Yuri Patrikiyevlə üz-üzə gəlib və məğlub olub.

Qeyd edək ki, ilk gündə 3 idmançımız Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) mübarizə aparsalar da, yalnız Bayramov qızıl və lisenziya qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə