Amerika klubu Devid Bekhemə ilinə 5,6 milyon avroluq müqavilə təklif edir...

Amerika klubu Devid Bekhemə ilinə 5,6 milyon avroluq müqavilə təklif edir...
Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Los Ancels Qalaktes" futbol klubu, müqavilə müddəti bitməkdə olan məşhur ingilis futbol ulduzu Devid Bekhemlə daha bir il sözləşmə imzalamaq üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, Amerika klubunun 36 yaşlı ingilis futbolçunu klubda qalmaqa razı salmaq üçün onun qarşısına illik 5,6 milyon avroluq müqavilə çıxartdığı da verilən xəbərlər sırasındadır.
Məlumata əsasən, D.Bekhemin xidmətində İngiltərənin "Tottenhem" futbol klubu da maraqlıdır və ingilis klubu futbolçunun meneceri ilə danışıqlar aparmağa hazırlaşır. Təbii ki, D.Bekhem Amerika klubunda qalmaqdan vaz keçərsə.

Bütün xəbərlər Facebook səhifəmizdə